Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatçısı

 

Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli uşaqların mükafatlandırılması proqramı çərçivəsində mükafata layiq görülüb.

2013-cü ildə "Microsoft Azerbaijan" şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçən H.Hacıyev "BakuTel-2013" 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində "Ən gənc və fəal Windows eksperti" sertifikatına layiq görülüb. O, Bakı Avropa Liseyinin "ICT Masters Organization" təşkilatının "Advanced Master" səviyyəsini qazanmağa nail olub.

H.Hacıyev 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirdiyi UNESCO-nun LFF layihəsi çərçivəsində "Digital Learning Weeks in Baku European Lyceum" adlı vebinarda iştirak üçün sertifikat alıb. Eləcə də UNESCO-nun Qloballab layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub. "Qunduz 2014" Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilib.

Bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram hazırlayan H.Hacıyev, eyni zamanda "Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi layihə üzərində işləyir. O, təsviri incəsənət, musiqi və rəqs ilə də böyük həvəslə məşğul olur.

Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatı azərbaycanlı məktəbliyə cari ilin avqust ayında təqdim olunacaqdır.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov