Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Gənc ifaçı beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

 

Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kolleci mədəniyyətimizə neçə-neçə görkəmli simalar, böyük sənətkarlar bəxş edib.  Çoxlu  gənc istedad musiqi sənətinin və elminin sirlərinə bu təhsil ocağında yiyələnib.  Kollecdə  oxuyan  tələbələrin böyük əksəriyyəti respublika və beynəlxalq səviyyəli müsabiqələrin  laureatları,  müxtəlif mükafatların sahibləridir.  Sənətsevərlərə musiqi töhfələrini mütəmadi olaraq  bəxş edən  gənc sənətçilərdən  biri də fortepiano ixtisası üzrə təhsil alan  III kurs tələbəsi Eldəniz Ələkbərzadədir.  O,  Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini ustalıqla  ifa edir.

Qeyd edək ki, Eldəniz Ələkbərzadə İzmir şəhərində Motsart adına Musiqi Akademiyasının  keçirdiyi gənc fortepiano ifaçılarının beynəlxalq müsabiqəsində I yerə layiq görülüb  və qızıl medalla təltif olunub.  Özünün söylədiyi kimi onun bu  qələbəsi  ölkəmizdə keçirilən I Avropa Oyunlarına hədiyyəsidir.

Gənc istedad təhsil aldığı müddətdə  müxtəlif  mərasimlərdə iştirak edib. O,  2013-cü ildə  görkəmli pedaqoq, pianoçu  H.Neyqauzun anadan olmasının  125 illik yubileyinə həsr olunmuş  gənc pianoçuların ümumşəhər festivalında istedad və bacarığını nümayiş etdirərək diplomla mükafatlandırılıb.  2014-cü ildə  isə  İslam Dünyası Gənclərinin klassik musiqi ifaçılarının III Beynəlxalq festival müsabiqəsində  iştirak edərək laureat  adını qazanıb. Bütün bunlar onu deməyə əsas  verir ki, gələcəkdə Eldənizi  çoxlu uğurlar, nailiyyətlər, tamaşaçı alqışları gözləyir.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov