Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Şamaxıda  şahmat  turnirinə yekun vuruldu

 

 İyunun 08-12 tarixlərində Şamaxı  rayon  Uşaq-Gənclər Şahmat  Məktəbində keçirilən  Milli  Qurtuluş  Gününə  həsr  edilmiş  məktəbli  şahmatçılar arasında ənənəvi rayon  birinciliyi  keçirilib.  Yarış  öncəsi  turnir  iştirakçıları  Heydər  Əliyev  parkında  ümummilli liderin  abidəsi  önünə  gül dəstələri düzüblər.

Turnirdə  88  şahmatçı  İsveçrə  sistemi  üzrə  mübarizə aparıb. Yarış  əsasnaməyə  uyğun  olaraq  5  yaş  qrupu  üzrə  oğlanlar  və  qızlar  arasında  keçirilib.

9  turdan  8  xal  toplayan  Şamaxı  şəhər  9  nömrəli tam  orta  məktəbin  VIII  sinif  şagirdi  Ramazan  Məcidov  ümumi  turnirin  qalibi  olub.

Yaş  qrupları  üzrə  oğlanlar  arasında  şəhər  2  nömrəli  tam  orta  məktəbin  şagirdləri  Toğrul Kərimov  (8 yaş),  Cavanşir Ağaməhəmmədov (10 yaş), şəhər  9  nömrəli  tam  orta  məktəbin şagirdi  Mənsur  Sərxanov (12 yaş), Şamaxı  Humanitar  liseyinin şagirdi  Rəfael Məmmədov (16 yaş)  çempionluq  sevinci  yaşayıblar.

Qızlar  arasında  şəhər  2  nömrəli tam  orta  məktəbin  şagirdi  Əminə Şirəliyeva (8  yaş),  Sabir  qəsəbə  tam  orta  məktəbinin  şagirdi  Nurtəkin Əhmədova (10 yaş),  2 nömrəli  tam  orta  məktəbin şagirdi  Aytac  Şirəliyeva (12 yaş), Şamaxı  Avropa  liseyinin  şagirdləri  Səbinə Nəbizadə (14 yaş),   İzzət  Ağayeva (16  yaş)  birinci  olublar.

Qaliblərə diplomlar  və  mükafatlar  təqdim  edilib.

Yarış  təsnifat  xarakterli  olduğundan  şahmatçılara  müvafiq   idman  dərəcələri  də  verilib.

Yarışın  nəticələrinə görə  iyul  ayında  yeniyetmə  şahmatçıların  Respublika  şahmat  olimpiadasında  iştirak  edəcək  şahmatçıların  da  adları məlum olub. 

Asif  AĞAYEV,
Şamaxı  Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru,
əməkdar  müəllim, fəxri  bədən  tərbiyəsi  və idman  işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov