Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Gəncə Dövlət Universitetinin 40 il öncəki məzunları görüşüb

 

Böyütmək üçün seçinBu günlərdə Gəncə Dövlət Universiteti üçün  əlamətdar bir hadisə olub. 1975-ci ildə universitetin kimya ixtisasını bitirmiş məzunlar 40 ildən sonra onlar üçün unudulmaz olan  doğma təhsil ocağında görüşüblər. Məzunları  öncə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Asif Cavadov və biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev  salamlayıb,  keçən müddət ərzində universitetin və fakültənin qazandığı uğurlardan, maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilin dünya standartlarına çatdırılması istiqamətində görülən işlərdən, xarici əlaqələrin genişləndirilməsindən danışıblar.

Məzunlar  auiditoriyaları gəzdikcə universitetin, həqiqətən, tanınmaz dərəcədə dəyişdiyinə şahid olublar. Laboratoriyaların yenidən qurulması, geniş tədqiqat imkanlarına malik yeni tipli laboratoriyanın yaradılması, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Müasir biologiya və kimyanın aktual problemləri" mövzusunda elmi-praktik konfransın keçirilməsi, şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "açıq dərs"lərin təşkili onlarda iftixar hissi doğurub. Görüşün təşkilatçılarından olan Sabirabad rayonunun Təkilər kənd tam orta məktəbinin kimya müəllimi Xanoğlan Məmmədov, Gəncə şəhərindən Murad Muradov, humanitar kollecin müəllimi Südabə Nik-nicat və başqa məzunlar öz çıxışlarında universitetin uğurlarından, istər təhsil sahəsində, istərsə də tələbələr üçün yaradılan şəraitdən  razı qaldıqlarını və sevindiklərini bildiriblər.

Azərbaycanın bütün rayonlarında, Gürcüstanda yaşayıb orta məktəblərdə, icra strukturlarında, bələdiyyələrdə fəaliyyət göstərən, lakin həmişə müəllim adını uca tutan və böyük həvəslə görüşə gəlmiş 45 nəfər məzun  öz xahişləri ilə qocaman müəllim Fizuli Bayramovun "açıq dərs"ini dinləyiblər. Görüşün sonunda məzunlarla xatirə şəkilləri çəkdirilib. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov