Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Xəzər sahilində təmizlik aksiyası

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar  2015-ci il üçün  Fəaliyyət  Planı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Yay tətili olmasına baxmayaraq,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə 43 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Xəzərin Şüvəlan qəsəbəsindəki çimərlikdə təmizlik aksiyası keçirmişdir.         

Əhalinin  ekoloji maariflənməsi,  gənclərin asudə vaxtlarının mənalı təşkili, mənəvi saflığının,  sağlam həyat tərzinin,  zərərli vərdişlərdən uzaqlaşdırılmasının təmin olunması  məqsədilə  keçirilən  təmizlik  aksiyasında  pedaqoji işçilər və dərnək üzvləri iştirak etmişdir.

 Xüsusi  nəqliyyat və  geyimlə təmin  olunmuş aksiyaçılar  Xəzər  sahili boyu Şüvəlan qəsəbəsindəki çimərlik ərazisini məişət tullantılarından, zibillərdən təmizləmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov