Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Silahlı Qüvvələrin yaradılması günü qeyd olunub

 

Böyütmək üçün seçin İyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97 illiyi  münasibəti ilə Azərbaycan Dövlət Aqrar Universitetində tədbir keçirilib. Şəhər ictimaiyyətinin, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə gerçəkləşən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri çətin, lakin şərəfli bir inkişaf yolu keçmişdir. Silahlı Qüvvələrin  yaradılmasından ötən bu illər ərzində ordumuzun potensial imkanlarının genişləndirilməsi və peşəkar hərbi kadrların hazırlanması sahəsində böyük işlər görülmüşdür.

Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü və nizamlı ordu qurulub, Silahlı Qüvvələr müasir texnika və silahlarla təchiz olunub və bölgənin ən güclü ordusuna çevrilib. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır.

Tədbirin bədii hissəsində tələbələr ədəbi-bədii kompozisiya və konsert proqramı ilə çıxış ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov