Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə zona müşavirəsi

 

Böyütmək üçün seçinSumqayıt Şəhər Təsil Şöbəsinin Mətbuat Xidmətinin rəhbəri Kəmayıl Namazovun redaksiyamıza  göndərdiyi məlumatda  bildirilir ki, şəhərin Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələr" mövzusunda zona müşavirəsi  keçirilib. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə keçirilən müşavirədə Sumqayıt, Xaçmaz, Cəbrayıl, Zəngilan, Şabran, Şuşa, Siyəzən, Quba, Qusar, Qubadlı, Xızı  rayon təhsil şöbələrinin əməkdaşları və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edib. Müşavirəni Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov giriş sözü ilə açaraq qonaqları salamlayıb, zona müşavirəsinin məqsəd və məramından, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ilə bağlı ölkəmizdə, eləcə də Sumqayıtda aparılmış əməli işlərdən danışıb.

Sonra  Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov müşavirənin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 2.1 bəndinə və TPİ-nin  "Fəaliyyət Planı"na uyğun olaraq rayon təhsil şöbələrinin metodik kabinetlərinin fəaliyyətinin gücləndirilməsi və strategiyada nəzərdə tutulan məsələləri müzakirə etmək məqsədilə keçirildiyini qeyd edib. 

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və onun həyata keçirilməsi ilə bağlı vəzifələr", direktor müavini Rəfiq Qəndilov "12 illik təhsilə keçid: perspektivlər", Əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyeva "Metodik mərkəzlərin fəaliyyətinin yenidən qurulması: başlıca istiqamətlər",  İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Elxan Bəylərov "İstedadlı uşaqlarla  işin istiqamətləri", Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov "Şagird nailiyyətlərinin qiymətləndirilməsi: qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları",  Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənovun  "Təhsil Texnologiyaları Mərkəzinin fəaliyyəti" mövzularında  məruzələri dinlənilib və məruzələrlə bağlı geniş müzakirələr keçirilib.   

Sonda qeyd olunub ki, zona müşavirələri Azərbaycanın daha dörd bölgəsində keçiriləcək. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov