Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

BDU-da TEMPUS proqramının layihəsi çərçivəsində təlim keçirilib

 

Böyütmək üçün seçin Bakı Dövlət Universitetində Avropa Komissiyasının TEMPUS proqramının PAKT (Project Actors Capacity Training in Caucasus) layihəsi çərçivəsində təlim keçirilib.

Tədbiri BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq bildirib ki, PAKT-ın əsas hədəfləri layihə menecmenti sahəsində bilikləri genişləndirmək, bu sahədə toplanmış qabaqcıl təcrübəni paylaşmaq və  Cənubi Qafqaz universitetlərinin  aparıcı Avropa universitetləri ilə əməkdaşlığını gücləndirməkdir. Layihədə doqquz Cənubi Qafqaz universiteti iştirak edir. Ölkəmizi bu layihədə iki universitet -BDU və Xəzər Universiteti təmsil edir.

PAKT proqramının BDU üzrə koordinatoru, dosent Təranə Mahmudovanın verdiyi məlumata görə, bu, hər iki universitet nümayəndələrinin  layihə çərçivəsində ikinci təlimidir. İlk təlim cari ilin aprelində Xəzər Universitetində keçirilib. Bundan əlavə, onlayn sessiyaların  da keçirilməsi nəzərdə tutulub.

Yaxın gələcəkdə bu cür təlimlərin respublikanın bütün universitetlərinin nümayəndələri üçün keçirilməsi planlaşdırılıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov