Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Asiyanın ən yaxşı universitetlərinin növbəti reytinq sıralaması (QS) açıqlanıb

 

Böyütmək üçün seçin Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

Qəzetimizin ötən nömrəsində Böyük Britaniyanın  "Times  Higher Education Rankings"  jurnalı tərəfindən Asiyanın 100 ən yaxşı universitetinin  reytinq sıralaması təqdim olunub. İyunun 16-da isə Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış digər konsaltinq şirkəti  olan Quacquarelli Symonds (QS) Asiya universitetlərinin  yeni, fərqli  reytinq cədvəlini açıqlayıb. 

Son 5 il ərzində Honkonq universitetləri ənənəvi olaraq Asiya universitetlərinin reytinqinə başçılıq ediblər.  İlk dəfə olaraq reytinqə Sinqapur Milli Universiteti (NUS) rəhbərlik edir.  Yaponiya ilk 50-likdə 12 universitetlə təmsil olunsa da,  son 3-4 il ərzində öz mövqeyini  itirməkdədir.   Reytinq tərtib olunarkən akademik birliyin, işəgötürənlərin rəyi, professor və müəllim heyətinin beynəlxalq tərkibi, müəllimlərin elmi əsərlərinin sayı, elmi əsərlərdən sitatgətirilmə, tələbələrin, mübadilə proqramlarında iştirak edənlərin sayı və s. kriteriyalar nəzərə alınıb.  Reytinqlə daha ətraflı www.topuniversities.com/asian-rankings səhifəsindən tanış olmaq olar.

Asiyanın ən yaxşı universitetlərinin növbəti reytinq sıralaması
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov