Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Qəbələdə  layihə menecerləri üçün yay məktəbi

 

Azərbaycan Assosiasiyası (AzPMA) Qəbələ şəhərində layihələrin idarə edilməsi üzrə üçgünlük yay məktəbi keçirir. İşə yeni başlayan layihə menecerləri və mütəxəssislər, ali məktəblərin son kurs tələbələri bu məktəbdə iştirak edə bilərlər.

Azərbaycan Texniki Universitetindən redaksiyamıza  daxil olan məlumatda  bildirilir ki, yay məktəbində iştirak edəcək tələbələr nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Layihə Azərbaycan mütəxəssislərinə innovasiyalar yaratmaq və şəxsi layihələrini işləyib hazırlamaqda kömək göstərmək məqsədi daşıyır. Eyni zamanda, iştirakçılar layihələrin idarə edilməsi üzrə müasir beynəlxalq biliklərin əsaslarına yiyələnəcək, praktiki tapşırıqları yerinə yetirəcək, mürəkkəb layihə situasiyalarından çıxış yolu tapacaq, müsabiqə əsasında münsiflər qarşısında layihələrini müdafiə edəcəklər.Yay məktəbində iştirakçılar həmçinin layihə işinin strukturunu, layihələrin təhlilini, riskləri, təqvim, maliyyə və kommunikasiya planını öyrənəcəklər. Ən yaxşı layihə və komanda xüsusi mükafata layiq görüləcək.

Yay məktəbi iyulun 30-dan avqustun 1-dək Qəbələ şəhərində "Duyma" otelində keçiriləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov