Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Amerika Musiqili və Dramatik Akademiyasının ilk azərbaycanlı tələbəsi

 

Böyütmək üçün seçinBeynəlxalq müsabiqələr  laureatı olan  18 yaşlı Emin Eminzadə bir il ABŞ Dövlət Departamentinin və Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı "Marshall High School"da musiqi təhsili  alıb.  Amerikada təhsil aldığı bir il müddətində o, sənədlərini AMDA-ya verib və  imtahanlardan uğur qazanaraq Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub. Qeyd edək ki, E.Eminzadə bu məşhur musiqi akademiyasına daxil olan ilk azərbaycanlı kimi  tarixə düşüb. O, Texas ştatında dəfələrlə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı təqdimatlarda fəallıq göstərərək  Azərbaycan mədəniyyəti  ilə amerikalıları yaxından tanış edib. Bu fəallığına görə E.Eminzadəyə Texas rəhbərliyi tərəfindən ştatın fəxri vətəndaşı statusu da verilib.   Xatırladaq ki, gənc vokalçı bu günədək İtaliya, İspaniya, Qazaxıstan və Hollandiyada keçirilən beynəlxalq musiqi müsabiqələrində böyük istedad nümayiş  etdirərək laureat adına layiq görülüb.

Emin Eminzadənin repertuarında türk, rus,  ingilis, italyan və ispan dillərində mahnılar  yer alır. O, bu dillərdə sərbəst danışır.

Bakıdakı  G.Şaroyev adına 35  nömrəli  Onbirillik Musiqi Məktəbinin vokal şöbəsini bitirən gənc vokalçı haqqında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan "Baku" jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində "Bolşie Nadejdı" adlı məqalə də dərc olunub. Həmin məqalədə Eminin musiqi sahəsində  qazandığı uğurlardan  ətraflı bəhs olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov