Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Rəsmi xronika

 

* İyulun 1-də  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi, bir qrup əməkdaşının isə  təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 * Prezident İlham Əliyev iyunun 30-da  Fikrət Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev iyunun 29-da  Mehriban xanım  Əliyevanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * İyunun 29-da ölkə başçısı İlham Əliyev  "Bakı 2015" Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralosun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Dövlət başçısı İlham Əliyev iyunun 29-da Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvlərinin, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi əməkdaşlarının, həmin Oyunlar üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesanın, I Avropa Oyunlarında çıxış etmiş idmançıların və onların məşqçilərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 * İyunun 29-da  Prezident  İlham Əliyev "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin I Avropa Oyunlarının keçirilməsini təmin etmiş əməkdaşlarının "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Ölkə başçısı İlham Əliyev iyunun 29-da I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Bakı Olimpiya Stadionunda "Bakı-2015" I Avropa Oyunlarının bağlanış mərasimində iştirak edib.

 * Prezident İlham Əliyev iyunun 28-də I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * İyunun 26-da dövlət başçısı İlham Əliyevə Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.

 * Ölkə başçısı İlham Əliyev iyunun 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib. Dövlət başçısı İsmail Serageldinə 25 iyun tarixli sərəncamına əsasən təltif olunduğu "Dostluq" ordenini  təqdim edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov