Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Azərbaycan Dövlət Neft Akademiyasında fransalı yazıçı ilə görüş

 

Böyütmək üçün seçinİyunun 29-da fransalı yazıçı, "Şərqə Səyahət - Mərkəzi Asiya yollarında tənha" kitabının müəllifi Alise Plane Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qonağı olub. Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin vitse-prezidenti Reyhan Hüseynova və digər nümayəndələrlə birlikdə təhsil ocağına gələn qonağı ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov qəbul edib. V.Qurbanov qonağa Azərbaycan Dövlət Neft Akademiyası, onun tarixi və ənənələri haqqında məlumat verib.

Qeyd edək ki, A.Plane Azərbaycan haqqında kitabın hazırlanması layihəsi çərçivəsində ölkəmizdə səfərdədir. Fransalı yazıçını müşayiət edən heyətin hər birinin müxtəlif sahələr üzrə istiqamətlənərək məlumat toplamaları, ümumilikdə Azərbaycan və onun mədəniyyəti haqqında bir kitab ərsəyə gətirmələri nəzərdə tutulur.  

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov