Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Universitetdə Tələbə təşəbbüsləri və layihələrin təşkili şöbəsi yaradılıb

 

Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə təşəbbüsləri və layihələrin təşkili şöbəsi yaradılıb. Şöbənin məqsədi yetkin sosial-aktiv, peşəkar məsuliyyətli, yüksək əxlaqi və vətəndaşlıq keyfiyyətlərinə malik olan mütəxəssislərin hazırlanması və bu istiqamətdə layihələrin reallaşdırılmasıdır.

Yeni yaradılan şöbə UNEC-in mənafeyinə xidmət edən tələbə həyatı ilə bağlı müxtəlif layihələr həyata keçirəcək. Tələbələrin sosial fəaliyyətinin genişləndirilməsi və idarə olması üçün menecment funksiyasını yerinə yetirəcək. Yerli və beynəlxalq düşərgələrdə, forumlarda, simpoziumlarda UNEC tələbələrinin iştirakını təmin edəcək.

Eyni zamanda şöbə tələbələrə maddi yardımın göstərilməsi, onların daha istedadlılarına sosial və maddi dəstəyin alternativ mənbələrinin axtarışı, tələbələrin problemlərinin təhlili, psixoloji dəstəyin və psixoloqun konsultasiya yardımının təşkili ilə də məşğul olacaq. Tələbələr arasında hüquq pozuntuları, narkomaniya, alkoqolizm, siqaret çəkmə, vərəm, QİÇS və s. infeksiyaların profilaktikası üzrə layihələr, mühazirələr, forumlar və "dəyirmi masa"lar təşkil edəcək. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov