Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Lənkəran Dövlət Universitetini bu il 248 məzun bitirib

 

Böyütmək üçün seçinLənkəran Dövlət Universitetində "Məzun-2015" adlı tədbir keçirilib. Universitetin sayca 20-ci buraxılışına həsr olunmiş tədbirdə rektor, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor  Asəf İsgəndərov məzunları təbrik edib. Rektor qeyd edib ki, bu il universiteti 13 ixtisas üzrə 248 nəfər bitirib.

Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, universitetin ilk məzunu Asif İmanlı, valideyn Rafiq Hüseynov çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Məzunlardan Fatma Abdullayeva, Aysel Rüstəmova, Leyla Nəzərli ürək sözlərini söyləyərək doğma ali məktəbi, onlara dərs deyən müəllimləri unutmayacaqlarını bildiriblər.

Sonra fakültələr üzrə  tələbə məzunların bədii yaradıcılıq qruplarının çıxışı olub. Müsabiqədə iştirak edən 100-dək tələbə bilik və bacarıqlarını nümayiş etdirib. Məzunların  ifasında doğma Azərbaycan, Vətən, tələbəlik haqqında mahnılar oxunub, şeirlər səslənib, rəqslər, səhnəciklər göstərilib.

Təbiyyat elmləri fakültəsinin bədii yaradıcılıq qrupu yüksək bilik və bacarıq nümayiş etdirərək müsabiqənin qalibi olub.

Məzun günündə universitetin elmi, ictimai və mədəni həyatında  fərqlənənlərə müxtəlif müsabiqələrin, o cümlədən mini-futbol yarışlarının qaliblərinə fəxri fərmanlar, diplomlar və hədiyyələr verilib. 

Hacı Etibar Əhədov,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov