Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Təhsil naziri Dövlət Proqramı çərçivəsində bu il xaricdə təhsil almağa gedəcək tələbələrlə görüşüb

 

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2015/2016-cı tədris ilində təsdiq olunmuş ilk tələbələrlə görüşüb.

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin ilk qrupu təhsilini Böyük Britaniya, Türkiyə, ABŞ və Almaniyada bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında "Cambridge University", "Massachusetts Institute of Technology", "Johns Hopkins University", "Edinburgh University", "London School of Economics", "Universitat zu Köln" və "Bilkent Üniversitesi" kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.

Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015/2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel - 15 iyul tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov