Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Birinci Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüş

 

Böyütmək üçün seçinİyulun 10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən "Bakı-2015" I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilmiş "Bakı-2015" I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  böyük diqqət və qayğısı, I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı nəticəsində qısa müddət ərzində müasir tələblərə cavab verən müxtəlif idman obyektlərinin tikilib istifadəyə verilməsi, tələb olunan infrastrukturun yaradılması, digər hazırlıq işlərinin görülməsi Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə zəmin yaradıb.

I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın rolunun artırılması məqsədilə keçirilib.

Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib. Bütün bunlar nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə təşəkkür məktubları göndərilib.

Böyütmək üçün seçinTəhsil naziri deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Tələbə-könüllülərin fəaliyyətinə I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən də yüksək qiymət verilib.

Könüllülər arasında SABAH qruplarının tələbələrinin uğurlu fəaliyyəti də qeyd olunmalıdır. Cari ilin martından fəaliyyətə başlayan "SABAH-ın könüllüsü" proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarındakı könüllülərin "Bakı-2015" I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə silsilə tədbirlər keçirilib.

Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci il tarixdə-Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir "Bakı-2015" I Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən olan Amil Qasımovun sambo idman növü üzrə II, Hacı Əliyevin sərbəst güləş idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutduğunu nəzərə çatdırıb. İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman karyeralarında daha parlaq uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib.

"Bakı-2015" I Avropa Oyunlarının əhəmiyyəti haqqında fikirlərini bildirən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə mövcud olan yüksək səviyyəli idman infrastrukturunun istənilən beynəlxalq yarışı keçirməyə imkan verdiyini nəzərə çatdırıb. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısı və dövlət başçısının şəxsi dəstəyi sayəsində reallaşdırılıb.

Azərbaycan  Dövlət  İqtisad Universitetinin prorektoru Səadət Qəndilova I Avropa Oyunlarında  uğur qazanmış idmançıları  təbrik  edib,  tələbə-könüllülərin fəaliyyətini yüksək  dəyərləndirib.

Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşı Fəxri fərmanla təltif olunub.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov