Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Müəllimlərin işə qəbulu üzrə iyirmi mindən çox ərizə qəbul olunub

 

İyulun 15-də ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu başa çatıb.

Ümumilikdə 24437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir.

Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə, 6440 nəfər (29,54 faiz) ibtidai sinif, 2971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2354 nəfər (10,80 faiz) ingilis dili, 1916 nəfər (8,79 faiz) riyaziyyat, 1260 nəfər (5,78 faiz) tarix, 1152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir.

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer (5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165 yer (4,76 faiz).

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il tarixlərində aparılacaqdır. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov