Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

ADİU-nun kollektivi ön cəbhədə əsgərlərlə görüşüb

 

Böyütmək üçün seçin Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə universitetin professor-müəllim heyəti və bir qrup tələbəsi ön cəbhədə olublar. Öncə ulu öndər Heydər Əliyevin Ağstafa rayonunda ucaldılan abidəsi ziyarət olunub.

Sonra qonaqlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun 50 illik yubileyində iştirak ediblər.

ADİU-nun rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkədə ordu quruculuğuna və hərbçilərə göstərdiyi qayğıdan danışıb.

Sonra tədbir iştirakçıları Ağstafa, Qazax, Tovuz, Şəmkir, Goranboy və Gədəbəy rayonlarına səfər edərək, ön cəbhədə əsgər və zabit heyəti ilə görüşüb, onlara hədiyyələr təqdim ediblər.

Görüşdə millət vəkili Xanhüseyn Kazımlıya "Veteran həmrəyliyi" medalı təqdim olunub. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov