Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Layihə çərçivəsində təlimlər keçirilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə,  Britaniya Şurası (British Council) ölkəmizdəki  tərəfdaşı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə Avropa İttifaqının maliyyə dəstəyi ilə "Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar" (IDEAS) layihəsi həyata keçirir. 2013-cü ilin aprel ayından başlamış və 2015-ci ilin oktyabr  ayınadək  davam edəcək layihənin əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı QHT-lərin yerli dövlət qurumları ilə əməkdaşlığının möhkəmlənməsinə nail olmaq, həmin insanların hüquqlarının müdafiəsini təmin etmək və eyni zamanda təhsil hüquqlarının bərpa olunması sahəsində maarifləndirmə işini təşkil etməkdən ibarətdir. 

İyulun 6-da  layihənin pilot mərhələsi çərçivəsində baş tutacaq təlimlərin açılış mərasimi olub.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, British Council-ın Təhsil və cəmiyyət layihələri üzrə meneceri Nərgiz Hüseynova, IDEAS layihəsinin Azərbaycan üzrə koordinatoru Səbinə Quliyeva, "Access bank"ın PR meneceri Nigar Məmmədova iştirak ediblər. Tədbirdə layihənin, eləcə də layihə çərçivəsində  keçirilməsi nəzərdə tutulan kursların əhəmiyyəti qeyd olunub. Elə həmin gün sözügedən kurslara start verilib. İyulun 9-dək davam edən kurslarda  Bakı şəhərində yerləşən 50 qabaqcıl və yeniliyə açıq olan ümumi təhsil müəssisəsinin direktorları  iştirak ediblər. Onlara inklüziv təhsilin əsas fəlsəfəsi, beynəlxalq təcrübənin və modellərin təqdim edilməsindən ibarət 2 günlük təlimlər keçirilib.

Təlimlərin keçirilməsində əsas məqsəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlara dəstək verilməsindən ibarətdir. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov