* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 24-də Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı
şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin
yaradılması haqqında sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 24-də İsrailin Azərbaycandakı səfirini qəbul edib.
* İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının 12-ci baş konfransının və İcraiyyə
Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi
haqqında sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 27-də Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili
avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
* Dövlət başçısı İlham Əliyev iyulun 27-də Mərakeşin
Kralı VI Məhəmmədə bu ölkənin milli bayramı - Taxt-Tac
Günü münasibətilə təbrik məktubu göndərib.
* Prezident İlham Əliyev iyulun 28-də Qusar rayonunun
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi
ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 28-də Hindistan Respublikasının Prezidenti
Pranab Mukherciyə Hindistanın keçmiş prezidenti,
görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı ilə
əlaqədar başsağlığı məktubu göndərib. |