Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Cüdoçularımız 3 medal qazanıb

 

Böyütmək üçün seçin“Tbilisi-2015” XIII Avropa Gənclər Olimpiya Festivalının ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub. Azərbaycan cüdoçuları iyulun 28-də Tbilisi Cüdo Akademiyasında keçirilən yarışlarda biri qızıl olmaqla, üç medal qazanıblar. Qızlar arasında 40 kiloqram çəki dərəcəsində çıxış edən yeniyetmə cüdoçumuz Şəfəq Həmidova keçirdiyi 3 görüşün hamısını qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda Rusiya idmançısı Anastasiya Kuterina üzərində inamlı qələbə qazanan Ş.Həmidova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.

Digər cüdoçumuz Kəramət Hüseynov da mübarizəyə uğurla başlayıb. O, 55 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək finala qədər yüksəlib. Finalda K.Hüseynov Moldova təmsilçisi olan idmançı İon Mitayevə uduzaraq gümüş medala sahib olub.

Cüdoçular arasında mübarizə aparan digər yeniyetmə idmançımız milli komandamızın üzvü İbrahim Bayramlı 50 kiloqram çəki dərəcəsində festivalın bürünc medalını qazanıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov