Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

İsmayıllı məktəbliləri birinci oldular

 

İsmayıllıda məktəblilər arasında velosiped üzrə “Məktəbli kuboku” yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda hər birinin tərkibində 4 velosipedçi olmaqla 40 komanda mübarizə aparıb. 

Reqlamentə görə, komandalar Heydər Əliyev Mərkəzinin qarşısından start götürməklə, 1 km-lik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Yarışın yekun nəticəsinə görə, İsmayıllı Olimpiya İdman Kompleksinin komandası bütün rəqiblərini üstələyərək birinci olub. Rayonun 2 nömrəli orta məktəbinin komandası gümüş, 1 nömrəli orta məktəbin kollektivi isə bürünc medalla kifayətlənib.

Qalib komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən pul mükafatı, kubok, medal və diplomla təltif olunublar. Qeyd edək ki, ötən ilin dekabr ayından etibarən müxtəlif rayonlarda təşkil olunan “Məktəbli kuboku” turnirləri bu ilin payızında keçiriləcək ümumrespublika “Məktəbli kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov