Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

“Korea Open” turniri başa çatıb

 

Koreyanın Chuncheon şəhərində təşkil edilən “Korea Open” turniri başa çatıb. 22-27 iyul tarixlərində keçirilən G2 kateqoriyalı turnirdə ölkəmizı 12 taekvondoçu təmsil edib.

Milli komandamız bu yarışda aktivinə 3 medal əlavə edib. Belə ki, kişilərdən ibarət millinin üzvü, I Avropa Oyunlarının qalibi, 80 kq çəki dərəcəsində yarışa qatılan Milad Beigi Hərçəqani bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sina Bahrami (-63 kq) və qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.

63 kq çəki dərəcəsində tatami üzərinə çıxan Məhəmməd Məmmədov və Səid Quliyev (-74 kq) dörd qarşılaşmadan qalib ayrılsalar da yarımfinal uğrunda döyüşdən məğlub ayrılaraq, turniri medalsız başa vurublar. Komandamız Koreya Respublikasına baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi ilə yollanmışdır.

Qadınlardan ibarət komandamızın üzvlərindən Təranə Məmmədova (- 46 kq), Patimat Abakarova (-49 kq), Marina Tedeeva (- 62 kq), Daria Şkurko (-62 kq) baş məşqçi Sun Mi Parkın rəhbərliyi ilə təlim-məşqləri Koreyada davam etdirəcəklər. 

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov