Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Həştərxanda "Drujba" uşaq bağçasında uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib

 

 İyulun 31-də Həştərxanda, "Meçta" ("Arzu") uşaq kafesində Heydər Əliyev Fondunun təşkilatçılığı, Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi və Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olan "Drujba" ("Dostluq") yeni uşaq bağçasının uşaqları üçün bayram şənliyi təşkil olunub.

Tədbirdə uşaqlar üçün həştərxanlı animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil edilib, həmçinin uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, "Meçta" uşaq kafesi və "Drujba" uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrdəndir. Bundan əlavə, Fond Heydər Əliyev adına 11 nömrəli məktəbə, "Drujba" uşaq bağçasına, "Meçta" uşaq şəhərciyinə daim qayğı göstərir.

Təşkil olunan tədbir yerli KİV-lərin marağına səbəb olub.

Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə Həştərxan vilayəti ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivi barədə məlumat verib. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov