Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Yeniyetmə uşaqlar Qubaya istirahətə göndərilib

 

Böyütmək üçün seçinSəbail Rayon İcra Hakimiyyəti və DİN  Daxili Qoşunlar Komandanlığının artıq 10-cu dəfə həyata keçirdiyi birgə layihəsi və "İstək"  liseyinin iştirakı ilə   paytaxtın  "Sahil" bağında "Şahinlər" yay istirahət düşərgəsinə yeniyetmələrin yolasalınma mərasimi keçirilib.  Quba şəhərinin mənzərəli yerində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan,  ümumilikdə  200  yeniyetmə yola salınıb.

Tədbirdə  istirahətə göndərilən uşaqlar və onların valideynlərinə   istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə  ətraflı məlumat  verilib.  Bildirilib ki,  düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun ümumtəhsil  məktəblərində çalışan  fiziki tərbiyə   müəllimləri və gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və düşərgəyə təhkim olunmuş  Daxili  Qoşunların  zabitləri, çavuş  və əsgərlərindən ibarət qrup  məşğul  olacaq.

Tədbirdə  Daxili Qoşunlar Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq şöbəsinin rəisi, polkovnik  Mətləb Qənbərov  çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən bəhs edib və uşaqlara xoş istirahət arzulayıb.        Sonra Daxili Qoşunların Orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə sağollaşıb avtobuslara əyləşib  və Qubaya yola düşüblər.

Yola düşməzdən  öncə  uşaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək   önünə çiçək dəstələri düzüblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov