Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

2015/2016-cı tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasında əmək bazarının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı  sifarişlərini nəzərə alaraq, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.31 və 13.5 bəndlərini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Baş nazirinin müavini E.Əfəndiyevin ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planına dair 15.07.2015-ci il tarixli, 17/17/2167, 17/1673-11 nömrəli razılığı nəzərə alınsın.

2. 2015-ci il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumi şagird qəbulu planı 17200 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 12440 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilsin.

3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə 2015/2016-cı tədris ili üçün şagird qəbulu planları təsdiq edilsin (əlavə olunur).

4. İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev), İlk peşə-ixtisas təhsili sektoru (N.İsmayılzadə), İnformasiya şöbəsi (E.Əliyev) şagird qəbulu planlarının ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılmasını təmin etsinlər.

5. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın.

6. İlk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırılsın ki:

6.1. 2015/2016-cı tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq, əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirməsi barədə sənədlər əsasında şagird qəbulunun həyata keçirilməsini təmin etsinlər;

6.2. Dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı aşağıdakı hallara üstünlük versinlər:

6.2.1. təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta balı;

6.2.2. şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara.

6.3. Müraciət edənlərin özlərinə və onların valideynlərinə seçdikləri ixtisas və təhsil alacaqları ilk peşə-ixtisas təhsili müəssisəsi haqqında ətraflı məlumat versinlər;

6.4. İşəgötürən təşkilat və müəssisələrin tələbatına uyğun peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələni nazirliyin razılığı ilə təsdiq edilmiş ümumi qəbul planı daxilində həll etsinlər;

6.5. Şagird qəbuluna dair statistik hesabatları cari ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim etsinlər.

7. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında dərc edilməsini təmin etsin.

9.  Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 avqust 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov