Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Azərbaycan Dövlət İqtisad Universiteti dünya universitetləri reytinqində Azərbaycan üzrə birinci olub

 

Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb. Dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə  Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.

ADİU eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olub. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti region universitetləri arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil olub.

Bütövlükdə  Avropa universitetləri arasında ADİU 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov