Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Beynəlxalq müsabiqələr laureatı

 

 Bakıdakı G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin bəstəkarlıq şöbəsinin  X  sinif şagirdi, istedadlı gənc bəstəkar Arzu Abbasova bu yaxınlarda Serbiyada bəstəkarların XII beynəlxalq müsabiqəsində iştirak edərək  böyük uğur qazanıb. 

Arzu Abbasova müsabiqədə 19 yaşadək olan  kateqoriyada üç əsəri ilə  müxtəlif nominasiyalar üzrə qalib  gəlib.   Solo  musiqi  aləti üçün  yazılmış  əsərlər  nominasiyasında "Mövzu və variasiyalar", instrumental  əsərlər kateqoriyasında  isə  "Skripka  və  piano  üçün fantaziya" əsərləri  birincilik  əldə edib. Gənc bəstəkar "Cənnət lövhələri" adlı proqramlı  süitasına görə də laureat adına layiq görülüb və müsabiqənin "Gənc və perspektivli bəstəkarı" adını qazanıb.

Müsabiqənin şərtlərinə görə, qalib əsərlər müxtəlif konsert proqramlarında səslənəcək və notları məcmuə şəklində çap olunacaq. Qalib əsərlər "Ümumdünya Bəstəkarlar Assosiasiyası"na  təqdim ediləcək.

Qeyd edək ki,  qeyri-adi istedad sahibi olan Arzu Abbasova ayrı-ayrı ölkələrdə keçirilən (Rusiya, ABŞ, Qazaxıstan və s.) müsabiqələrdə də iştirak edərək laureat adını qazanıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov