Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Universitetdə yaşıllaşdırma işləri uğurla davam edir

 

Azərbaycan Dövlət Aqrar Universistetində 2015/2016-cı tədris ilinə hazırlıq işləri çərçivəsində, bütün fakültələrdə olduğu kimi, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin həyətində də abadlıq işləri uğurla davam etdirilir. Universitetin tikilməkdə olan müasir tipli yataqxanalarına yaxın olan bu ərazidə universitetin könüllüləri, o cümlədən tələbə gəncləri tərəfindən 300-dən çox ağac əkilib. Bundan başqa, aqronomluq, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları fakültələrinin  tədris binalarının ətrafında təmizlik, yaşıllaşdırma işləri aparılır. Universitet kollektivinin bu istiqamətdə fəaliyyəti  Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Hərəmiz bir ağac əkək!" devizi altında aksiyalara, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələrə, bütövlükdə tələbə gənclərin ətraf mühit problemlərinin aradan qaldırılması, ekoloji tarazlığın qorunması sahəsində biliklərinin artırılması məqsədinə əsaslanır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov