Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

"Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib

 

Böyütmək üçün seçin IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-12 yaşlarında olan uşaqlar üçün tullantılar və onların təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu prosesin planetimiz, xüsusilə də canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat verilib. Balaca ekoloqlar, həmçinin tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak edib, süd qutusundan və plastik butulkadan quş yuvalarını düzəltməklə istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrəniblər.

Daha sonra, "Eko laboratoriya"nın iştirakçılarına nümayiş olunan IDEA-nın plastik butulkadan təkrar emal nəticəsində hazırlanmış bel çantası həm valideynlərin, həm də uşaqların böyük marağına səbəb olub.

IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca səkkizinci təlim olan Avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov