Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Zaqatalada yeni məktəb binaları tikilir

 

Zaqatala Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki,  rayonun Kebeloba kəndində ümumi orta məktəb üçün büdcə vəsaiti hesabına 4 əlavə sinif otağı tikilir. Məktəb binasında aparılan təmir və tikinti işlərinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulur. Yuxarı Tala kəndindəki 2 nömrəli tam orta məktəb üçün dövlət vəsaiti hesabına inşa edilən 450 şagird yerlik yeni məktəb binasının tikintisi isə artıq yekunlaşıb.

Bundan əlavə, Yengiyan kəndində tam orta məktəb üçün inşa edilən 264 şagird yerlik yeni məktəb binasının tikintisi də sürətlə davam etdirilir. Bu məktəb binasının da yeni dərs ilində şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov