Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Gənc alimlər üçün təqaüd proqramı elan olunub

 

Xarici İşlər Nazirliyindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) verilən məlumata görə, Braziliya Elm, Texnologiya və İnnovasiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi və Texniki İnkişaf üzrə Milli Şura (CNPq) və Dünya Elmlər Akademiyasının (TWAS) birgə təşkilatçılığı ilə 2016-cı ildə Braziliyada gənc tədqiqatçılar üçün PhD, Sandwich PhD və post-doktoral elmi dərəcələri üzrə təqaüd proqramı elan olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Braziliyanın müxtəlif universitetlərində və tədqiqat institutlarında təhsil almaq imkanı yaradan proqramda gənc tədqiqatçılara aqrar elmlər, biologiya, tibb və səhiyyə, kimya, mühəndislik, riyaziyyat, ehtimal və statistika, kompüter elmləri, fizika, astronomiya və yerşünaslıq, okeanoqrafiya sahələri üzrə təqaüdlər təklif edilir.

Sandwich PhD üzrə 30, PhD üzrə 20, post-doktoral üzrə isə 10 təqaüd yeri nəzərdə tutulub. Sandwich PhD dərəcəsi üzrə təhsil müddəti 6-12 ay, PhD dərəcəsi üzrə 48 ay, post-doktoral dərəcəsi üzrə 6-12 aydır. İştirakçıların proqram dövründə bütün xərcləri və təqaüdlər CNPq tərəfindən ödəniləcək.

CNPq-TWAS proqramına ərizələrin qəbulu avqustun 24-də başa çatacaq. Nəticələrin elan olunması noyabrda, proqramın həyata keçirilməsi isə 2016-cı ilin martından etibarən nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov