Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Azərbaycan alimləri Moskvada coğrafiyaçı alimlərin konfransında məruzə ilə çıxış ediblər

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafıya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Moskva Dövlət Universitetində (MDU) keçirilən "Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün" mövzusunda regional konfransın işində iştirak etmək üçün Moskva şəhərinə ezam olunublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, avqustda 170 illiyini qeyd edən Rusiya Coğrafiya Cəmiyyəti, Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət Universiteti (MDU) və Rusiya Elmlər Akademiyası tərəfindən təşkil olunmuş konfransa dünyanın 60 ölkəsindən 1500-dən artıq alim və mütəxəssis qatılıb.

Tədbirin açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamı konfrans iştirakçılarına çatdırılıb.

Avqustun 21-dək davam edən konfransda mühüm problemlər müzakirə olunub, bütün dünyada coğrafiya sahəsində aparılan tədqiqatların nəticələri araşdırılıb.

Akademik R.Məmmədov E.Əlizadə ilə birgə hazırladığı "Xəzər dənizi sahilləri landşaftlarının transformasiyası və onların landşaft planlaşdırılması təcrübəsi", E.Əlizadə isə İ.Kuçinskaya və S.Quliyeva ilə birgə işlədikləri "Azərbaycanın arid landşaftlarının antropogen təsirlər altında deqradasiyası" mövzularında poster-məruzələrlə çıxış ediblər.

İGU - Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası akademik Ramiz Məmmədovun təqdimatından sonra 2017-ci ildə Bakıda 300-dən artıq xarici mütəxəssisin iştirakı ilə "Enerji coğrafiyası və tarazlı inkişaf" mövzusunda tematik beynəlxalq konfransın keçirilməsi qərarına gəlib.

Konfrans səmərəli müzakirələr, poster sessiyaları, plenar və tematik mühazirələr, elmi ekskursiyalar və digər maraqlı tədbirlərlə davam edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov