Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çində seminarda iştirak ediblər

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Heydər Quliyev, Ələkbər Ələkbərov, Rövşən Quliyev, Ramin Abbasov, Zöhrab Babayev 2015-ci ilin 28 iyul - 17 avqust tarixlərində Çin Xalq Respublikasında "İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının mexanikləşdirilməsi" mövzusunda keçirilən seminarda iştirak ediblər. Seminar müddətində müvafiq sahələrin professorlarının mühazirələri dinlənilmiş, iştirakçılar kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olan müəssisələrdə,  Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Elmlər Akademiyasında (CAAMS) olmuşlar. Akademiyada sıfır becərmə texnologiyaları, kənd təsərrüfatı məhsullarının emalı, aqrar siyasət, məhsul yığımında texnikanın tətbiqi, kənd təsərrüfatının mexanikləşdirilməsi üzrə milli siyasət, suvarmada suya qənaət texnologiyası, kənd təsərrüfatında internetin tətbiqinə dair mühazirələri dinlənilib, müzakirələr aparılıb. Həmçinin, seminar iştirakçıları Çinin aparıcı şirkətlərdən biri olan YTO Qrupunun  istehsal etdiyi traktor yığımı zavodunda, Şanxay kənd təsərrüfatının mexanikləşdirilməsi xidməti mərkəzində, Qlobal tədqiqat və inkişaf mərkəzində, kənd təsərrüfatı məhsullarının istehsalı və qablaşdırılması şirkəti olan Yakultda olublar. Dünyanın 17 ölkəsini təmsil edən nümayəndələrə ADAU əməkdaşları tərəfindən Azərbaycanın tarixi, bu günü, sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, aqrar təhsili barədə verilmiş təqdimat böyük maraqla qarşılanıb. Seminarın sonunda iştirakçılara sertifikatlar verilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov