Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Səbailli yeniyetmələrin növbəti qrupu Qusar rayonundakı yay düşərgəsinə göndərilib

 

Böyütmək üçün seçinYeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində bu il növbəti layihə həyata keçirilib. Qusar rayonundakı "N" hərbi hissəsinin nəzdində təşkil olunan hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların "Sahil bağı"nda yola salınması mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, gənclərin sağlam böyüməsi, idmana marağının artırılması, hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələrindən ibarət 150 nəfərlik heyət üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" hərbi hissəsində hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" istirahət düşərgəsi yaradılıb.

Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən, gənclərə diqqət və qayğısından danışıb. O, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən söz açıb. Qeyd edilib ki, ayın əvvəlində rayon icra hakimiyyəti və Daxili Qoşunların birgə layihəsi çərçivəsində 200 yeniyetmə artıq onuncu dəfə olaraq Qubada təşkil edilən "Şahinlər" yay istirahət düşərgəsində iştirak ediblər. Qusar rayonunda isə ikinci dəfədir belə düşərgə təşkil olunub. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcəkdə hərbi xidmətə daha yaxşı hazırlaşmalarına, onlarda hərbiçi peşəsinə marağın artırılmasına şərait yaradacaq.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışıb və onlara xoş istirahət arzulayıb.

"Gənc Heydərçilər" yola düşməzdən əvvəl Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri düzüblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov