Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Elektron Təhsil" Respublika müsabiqəsinin  keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planının 2.1.1.2 bəndindən (aidiyyəti struktur bölmələrlə birlikdə müsabiqə mexanizmlərinin proqram təminatlarının, portalların yaradılması) irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Hər il təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Müəllim" və "Şagird" istiqamətləri üzrə "Elektron Təhsil" Respublika müsabiqəsi keçirilsin.

2. "Elektron Təhsil" Respublika müsabiqəsi haqqında "Əsasnamə" (bundan sonra- Əsasnamə) və müsabiqənin Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı əlavələr).

3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını, mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsin.

5. "Elektron Təhsil" Respublika müsabiqəsinin  keçirilməsi ilə bağlı 2015-ci il üçün xərclər smetası təsdiq edilsin (3 saylı əlavə).

6. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı məlumatların "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 avqust 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov