Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

V Muğam müsabiqəsinin qaliblərindən biri

 

Məhəbbət Səfərov 1987-ci ildə Beyləqan rayonunun Qarallar kəndində  anadan olub.  Uşaqlıqdan musiqiyə, ifaçılıq sənətinə  həvəs göstərib. Bunu hiss edən valideynləri ona yaxından  dəstək olublar. Beyləqanda  tam  orta məktəbi  bitirdikdən sonra  Bakıya  gəlib.  2011-ci ildə Azərbaycan  Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin  xanəndəlik  şöbəsinə qəbul olunub  və  əməkdar artisti Təyyar Bayramovun sinfində təhsil alıb.  Ötən bu  müddət ərzində Təyyar müəllim  ona muğamın sirlərini daha dərindən  mənimsədib.  Təhsil ocağının  bütün konsert və tədbirlərində yaxından iştirak edərək  istedadını nümayiş etdirən  gəncə kollecin  rəhbərliyi  həmişə dəstək olub. 2013-cü ildə  Məhəbbətin "Gəncləşən muğam-4" adlı gənc xanəndələrin konsertində   uğurlu çıxışı  tamaşaçıları heyran edib.

2015-ci ilin fevralında başlayan və  4 ay davam edən V Muğam müsabiqəsində iştirak edən  Məhəbbət öz ifaçılıq məharətini nümayiş etdirərək  II yerə layiq görülüb və çıxışları  muğam sənətinin mahir biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və  Nadir Axundovun daxil olduğu münsiflər heyəti  tərəfindən  müsbət qiymətləndirilib.

Gənc ifaçı Məhəbbət Səfərov gələcəkdə beynəlxalq müsabiqələrdə də iştirak  edərək  muğamsevərlərin könlünü oxşayacağına  və  bir- birindən gözəl mahnıları ilə  tamaşaçı alqışı qazanacağına əmindir. 

Sifai  SƏFƏROVA,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov