Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

Qusarda beynəlxalq gənclər düşərgəsi başa çatıb

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) dəstəyi ilə Qusarın Ləzə kəndində təşkil olunan marşrutqurma və bələdçilik üzrə beynəlxalq gənclər düşərgəsi işini müvəffəqiyyətlə başa vurub.

FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, idman qayayadırmanması sahəsində təcrübəsi olan 50-dən çox yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib. Düşərgədə idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik barədə məlumat verilib, nəzəri və praktik məşğələlər təşkil olunub.

Təlim müddətində, eyni zamanda, Gürcüstan, İran, Türkmənistan, Türkiyə və Azərbaycandan olan düşərgə iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb, idman dırmanması sahəsində müasir dünya praktikası öyrənilib.

Tədbir çərçivəsində "Qayalarımızı qoruyaq" devizi altında birləşən gənclərin diqqəti xüsusi olaraq ətraf mühitin mühafizəsinə, dağlarımızın qorunmasına, dağçılıqda etik davranışın önəminə yönəldilib, dağ turizminin inkişafı üçün Azərbaycanın potensial imkanları ətrafında müzakirələr aparılıb. Tədbir ərəfəsində bir qrup iştirakçı üzərində "Qayalarımızı qoruyaq" şüarı yazılmış xüsusi lövhəni Şahdağın zirvəsinə qaldırıb.

Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq Dağçılıq Federasiyasının vitse-prezidenti Piter Farkas tərəfindən iştirakçılar üçün xüsusi təqdimat keçirilib. P.Farkas və digər xarici mütəxəssislər tədbirdə FAİREX-in təşkilatçılığını yüksək qiymətləndiriblər. Qeyd edilib ki, beynəlxalq düşərgənin Azərbaycanda təşkil edilməsi gənclərimizin dağ idman növlərinə marağının artmasına, dağ bələdçilərinin hazırlıq səviyyəsinin yüksəlməsinə və dağ ekosistemlərinə daha həssas yanaşmalarına şərait yaradacaq.

Tədbirin sonunda iştirakçılara FAİREX-in və UİAA-nın sertifikatları təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov