Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

Azərbaycan  Texnologiya  Universitetində  memorandum  imzalanıb

 

Böyütmək üçün seçinAzərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanmadan əvvəl universitet rəhbərliyi və ictimai birliyin nümayəndələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, bu ali təhsil ocağında Təhsil Nazirliyi tərəfindən pilot layihə olaraq həyata keçirilən "Müştəriyə Yönəlmə Proqramı" çərçivəsində qurulan əməkdaşlıq tədris prosesinin keyfiyyətini yüksəltməyə və maddi-texniki bazanı zənginləşdirməyə imkan verəcək. Rektor həmçinin qeyd edib ki, universitetin əsas intellektual məhsulu olan məzunların, ixtiraların, elmi-tədqiqat işlərinin və xidmətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə icrasına başlanılan proqramın digər hədəfi ATU-da tədris prosesini yeni təhsil strategiyasına uyğunlaşdırmaqdır.

ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov isə deyib ki, sözügedən layihənin reallaşdırılması məqsədilə ilkin olaraq 6 sənaye istiqaməti müəyyən olunub. Bunlardan biri də standartlaşdırma və ekspertiza sənayesidir. Azərbaycan Keyfiyyət Assosiasiyası ilə əməkdaşlıq məhz bu istiqamət üzrə əmək bazarının və müasir dövrün tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə zəmin hazırlayacaq.

Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyinin sədri Samir Novruzlu da əməkdaşlığın perspektivini yüksək qiymətləndirib. O deyib ki, ATU təmsil etdiyi qurumla belə bir layihəni reallaşdırmaq təşəbbüsü göstərən ilk ali təhsil ocağıdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov