Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

BDU dünyanın nüfuzlu universitetləri arasında yer alıb

 

Yeni tədris ili ərəfəsində Bakı  Dövlət  Universiteti  növbəti dəfə  dünyanın nüfuzlu universitetləri arasında yer alıb.  Ali məktəblərdə tədrisin keyfiyyətinə görə  beynəlxaq  Round University Ranking (RUR) reytinqində BDU 750 universitet arasında 656-cı olub.  Reytinqdə ilk onluqda Harvard Universiteti, Stanford  Universiteti, Çikaqo Universiteti,  Kaliforniya Texnologiya İnstitutu  (ABŞ),  London İmperial Kolleci  (Böyük  Britaniya),   Massaçusets Texnologiya İnstitutu (ABŞ),  Kolumbiya Universiteti  (ABŞ) , Oksford Universiteti (Böyük  Britaniya),    Kembric Universiteti (Böyük  Britaniya), İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər qərarlaşıb.

Xatırladaq ki,  reytinq  "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

Round University Ranking (RUR) reytinqi dünyanın 70-dən artıq ölkəsindən olan 750 universiteti 4 qrupda  (tədrisin keyfiyyəti, tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı) birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirir. RUR ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən beynəlxalq təşkilatdır.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəlimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov