Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar

 

Dərsliklərin böyük hissəsi yeni olacaq.

Ümumtəhsil məktəblərinin  IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif "Alman dili" və "Ərəb dili", eləcə də, VII sinif "Fransız dili" dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək.

Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov