Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

ADİU EDUMAN elektron universitet sisteminə keçib

 

Azərbaycan Dövlət İqtisad Universitetində vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminin istifadəsinə başlanılıb. Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq. Müəllimlər auditoriyalarda quraşdırılan elektron tribunalar vasitəsilə EDUMAN-da şəxsi kabinetlərinə daxil ola biləcəklər.

EDUMAN sisteminin tətbiqi ilə əlaqədar ADİU müəllimləri üçün təşkil olunan təlimlərdə elektron tribuna, müəllimlərin şəxsi kabineti, elektron jurnal, sərbəst işlərin elektron qaydada qəbulu və digər mövzular haqqında məlumat verilib. Təlimin ilk günündə 110 müəllim iştirak edib. Növbəti günlərdə daha 150 müəllimin iştirakı nəzərdə tutulur.

Marketinq və kommunikasıya departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov