Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Gəncə Dövlət Universiteti yeni dərs ilinə hazırdır

 

Böyütmək üçün seçinGəncə Dövlət Universitetində yeni dərs ilinə yüksək səviyyədə başlamaq üçün tətil müddətində təmir işləri aparılıb. Əsas binada və onun həyətində cari təmir və abadlıq işlər görülüb,

Universitetdə təhsillə bərabər, idmanın müxtəlif növlərinin inkişafına da ciddi fikir verilir. Bu sahə rektor, professor Yusif  Yusibovun daimi qayğısı altındadır. Təsadüfi deyil ki, universitetin tələbələrdən ibarət komandaları idmanın müxtəlif növləri üzrə şəhər və respublika səviyyəli yarışlarda dəfələrlə qələbə qazanıb. İdmanla bağlı tədris sahələri II tədris binasının payına düşür. Artıq II binanın həyətində mini-futbol stadionu yaradılıb, tamaşaçılar üçün oturacaqlar qoyulub, stadionun dövrəsində qaçış zolağı, basketbol meydançası da tam hazır vəziyyətə salınıb və tələbələrin ixtiyarına verilib.

Vacib işlərdən biri də həmin binanın istiliklə təmin olunmasıdır. Bu məsələ rəhbərliyin ciddi nəzarətindədir. Qazanxananın yenidən qurulması və noyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanında yerləşən və dörd mərtəbədən ibarət V tədris binasında da əsaslı təmir işlərinə başlanılıb. Binada  tələbata uyğun olaraq seminar, mühazirə otaqları, kabinetlər, kitabxana yaradılacaq. Təmir də bu istiqamətdə aparılır. Binanın dam örtüyü  dəyişdiriləcək, otaqlarda istilik sistemi, sanitar qovşaqları yaradılacaq, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində öz  həllini tapacaq. V tədris binasının əsaslı təmir edilib istifadəyə verilməsi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılmasına imkan verəcək. Otaq baxımından çətinlik çəkən fakültələrdə artıq bu problemə birdəfəlik son qoyulacaq. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov