Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Türkiyə və Qazaxıstan universitetlərinin nümayəndə heyəti Bakı Slavyan Universitetində

 

Türkiyənin Orta Doğu Texniki Universitetinin və Avrasiya İncələmələri Mərkəzinin nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) qonaq olub. Görüş zamanı BSU-nun yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb. Bildirilib ki, BSU-da slavyanşünaslıq, tərcümə, ölkəşünaslıq, beynəlxalq münasibətlər, türkiyəşünaslıq və başqa sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda universitetdə Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyət göstərdiyi haqqında qonaqlara ətraflı məlumat verilib.

Görüş çərçivəsində birgə tədbirlərin təşkili, avrasiyaçılığın öyrənilməsi və tərəflər arasında əlaqələrin daha da gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib.

Ayşegül Aydıngün və Aslan Yavuzun rəhbərlik etdiyi heyət rektor Asif Hacıyevə təşəkkürlərini bildirərək gələcəkdə birgə görüləcək işlərin hər tərəf üçün faydalı olacağını vurğulayıb.

Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universitetinin professorları Qulqayşa Saqidolda və Eskeeva Magripa da BSU-nun qonağı olublar. Görüş zamanı universitetlərin əməkdaşlarının birgə iştirakı ilə Azərbaycan və qazax dilləri, folkloru, iki dildən tərcümə məsələləri, ədəbiyyatı üzrə müqayisəli tədqiqatların aparılması, lüğətlərin hazırlanması barədə danışıqlar aparılıb. 

Aytəkin QARDAŞOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov