Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

"İstək" liseyinin şagirdləri Kembric Universitetinin sertifikatını ala biləcəklər

 

Şagirdləri dünyanın müxtəlif  ölkələrində keçirilən nüfuzlu bilik yarışlarında ölkəmizi  layiqincə təmsil edən və vətənə medallarla qayıdan  "İstək"  liseyi   Böyük Britaniyanın  Kembric Universitetinin 100 illik təcrübəyə malik, dünyanın 130 ölkəsində fəaliyyət göstərən "Cambridge English Language Authorised Centre" olmaq hüququ əldə edib.

Bu, "İstək" liseyinin I - XI siniflərində oxuyan şagirdlərə ingilis dili üzrə Kembric Universitetinin   standartlarına uyğun hazırlaşmaq və imtahan vermək imkanı yaradır. İmtahanda iştirak edən şagirdlər bütün dünyada tanınan  kvalifikasiya sertifikatı əldə etmək  hüququ qazanacaqlar.  İmtahanlar vasitəsi ilə valideynlər övladlarının ingilis dili biliklərinin səviyyəsini qiymətləndirə və mütəmadi olaraq inkişaf tempini izləyə bilərlər.  Qeyd edək ki, "İstək" liseyi Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. Liseyin tədris prosesi 20 ildən artıq pedaqoji təcrübəyə malik müəllimləri tərəfindən dövlət proqramları və beynəlxalq kurikulumların tətbiqi ilə aparılır. "İstək" liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir.

Xatırladaq ki,  "İstək"  liseyinin Respublika fənn olimpiadalarının final turuna qatılan 35 şagirdindən 27-si medala layiq görülüb. Onlardan 15 nəfəri qızıl medal qazanıb.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov