Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Boksçumuz dünya birinciliyinə qələbə ilə başlayıb

 

Sankt-Peterburqda boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Yarışın növbəti günündə Azərbaycan milli komandasının 3 üzvü rinqə çıxıb. Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov (60 kq) dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz ukraynalı Zaxar Stepanovu məğlub edib. Həmyerlimiz səkkizdəbir finalda macarıstanlı Mata Lakatosla üz-üzə gələcək.

Digər təmsilçilərimiz Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52 kq) isə ilkin mərhələdə uduzaraq mübarizəni dayandırmalı olublar. Elbrus Əkbərov gərgin mübarizədə Hindistan təmsilçisi Sandip Çanqhasa məğlub olub - 1:2. Hüseyn Sadıqov isə İsrail boksçusu David Xarmatsa uduzub. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov