Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Ağsu Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.

Hazırda ölkəmizdə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizi nəinki yerləşdiyi coğrafi məkanda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Ölkəmizin hər yerində Olimpiya komplekslərinin, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı bu gün nəhəng idman hərəkatının yaşandığı məkanlardan birinə çevirib. Bu istiqamətdə şahmata olan diqqət və qayğı da vurğulanmalıdır. Şahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi bunu bir daha təsdiqləyir. Görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq səviyyəli şahmat turnirlərinə ev sahibliyi etməyə başlayıb. Təsadüfi deyil ki, hazırda Bakı şahmat üzrə növbəti Dünya Kubokuna ev sahibliyi edir. Sentyabrın 11-də təntənəli açılışı olan bu nüfuzlu yarışa ümumilikdə 45 ölkədən 128 zəka sahibi qatılıb. Bu da təbii ki, idmanın digər sahələri ilə yanaşı, şahmatın, onun infrastrukturunun möhkəmləndirilməsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisidir.

Məlumat verildi ki, Şahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir. Burada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbdə şahmat dərslərinin keçilməsi üçün zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompüter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxdı.

Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov