Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Otuz bir abituriyent yüksək balla tələbə adını qazanıb

 

Böyütmək üçün seçin15 sentyabr - Bilik günü münasibətlə Naxçıvan Dövlət Universitetində tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti az qala yarıməsrlik tarixi inkişaf yolu keçən, çoxillik ənənələrə söykənən, yuksək ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 12 fakültə, 56 ixtisasın fəaliyyət göstərdiyi, 5000-dən çox tələbənin ali təhsil aldığı universitetdə müasir tədris korpusları, Tələbə Sosial Xidmət mərkəzi, Tələbə evi, Qonaq evi, idman meydançaları, xəstəxana mövcuddur. Ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçən yüksək bal toplayan abituriyentlərin, xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Bu il 960 bakalavr, 114 magistr, o cümlədən 31 nəfər 600 və 600-dən yuxarı bal toplayan gənc bu ali məktəbin tələbəsi adını qazanıb.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid "Bolonya prosesi: vəzifələr və perspektivlər" mövzusunda məruzə edib.

Tədbirdə  692 balla sosial idarəetmə və hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasına qəbul olmuş Təranə İsmayılova, fizika-riyaziyyat fakültəsində "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə ali təhsil alacaq, 687 bal toplamış Bətulə Əlizadə, 685 balla tibb fakültəsinin "Müalicə işi" ixtisasının tələbəsi adını qazanan  Rza Cəbiyev çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib, müəllimlərinin etimadını doğruldacaqlarını bildiriblər.

Sonda 650-dən yuxarı balla universitetə qəbul olan 12 tələbəyə tələbə bileti və qiymət kitabçası, "Naxçıvan ensiklopediyası" təqdim olunub. Tədbirdə universitetin tarixi inkişaf yolunu əks etdirən slayd nümayiş olunub. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov