Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Yüksək balla qəbul olunmuş gənclərə tələbə biletləri təqdim olunub

 

Böyütmək üçün seçinSentyabrın 15-i ölkəmizin bütün ali, orta ixtisas və ümumtəhsil məktəblərində olduğu kimi Sumqayıt Dövlət Universitetində də Bilik günü təntənəli şəkildə qeyd edilib.

SDU-nun rəhbərliyi, professor-müəllim heyəti ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin rektoru, professor Elxan Hüseynov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Rektor universitetin keçdiyi inkişaf yoluna nəzər salaraq, bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. Əminliklə deyə bilərəm ki, ölkə başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" yüksək ixtisaslı kadrların yetişdirilməsinə mühüm töhfə verəcəkdir.

Professor gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rolu olan Sumqayıt Dövlət Universitetinin ali təhsil ocaqları içərisində özünəməxsus yeri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, SDU-nun cari tədris ili üçün qəbulun nəticələri də bunun bariz göstəricisidir. Belə ki, 1400 nəfərə yaxın gənc Sumqayıt Dövlət Universitetinin tələbəsi adını qazanıb.

Mərasimdə yüksək balla qəbul olmuş tələbələrə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim olunub.

Yeni dərs ili münasibətilə müəllim və tələbələri təbrik edən universitetin Tədris mərkəzinin əməkdaşı, şair, dramaturq Əvəz Mahmud Lələdağ şeirlərini söyləyib və müasir cəmiyyətin yaradılmasının keyfiyyətli təhsildən keçdiyini bildirib.  

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov